Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
25.06.2024
İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
24.06.2024
İyunun 24-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Əmiraslanov avtomobillə birgə saxlanılıb
Səbail rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əmiraslanov avtomobillə birgə saxlanılıb.Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.Araşdırma aparılır.
Paytaxt sakini olan bir qadına qarşı dələduzluq etməkdə şübhəli bilinən M.Qasımov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.Araşdırma aparılır.
Şəmkir rayonunun Qaracəmirli kənd sakini A.Əzimova məxsus həyətyanı sahədən çətənə kolları aşkar olunaraq götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaracəmirli kənd sakini A.Əzimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şərq qəsəbəsi ərazisindən yabanı halda bitmiş 1,6 ton çəkidə 2480 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 1 alışdırıcı, 2 patron darağı və 106 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1tapança, 5 tüfəng, 1 patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 12,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 12,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 100 ədəd metodon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 215 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.