Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
24.06.2024
Polis əməkdaşlarının iyunun 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
23.06.2024
İyunun 23-də ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bir nəfərin bank kartından 300 manatının oğurlamaqda şübhəli bilinən Y.İsmayılov saxlanılıb
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə bir nəfərin bank kartından 300 manatının oğurlanması barədə məlumat daxil olub. Araşdırmalarla avtoyuma məntəqəsində həmin şəxsin “Toyota” markalı avtomobilindən bank kartının oğurlanması və hesabındakı 300 manatının çıxarılması məlum olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Yevlax rayonunun Qaraoğlan kənd sakini C.Məmmədova məxsus həyətyanı sahədən 93 ədəd çətənə kolu götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaraoğlan kənd sakini C.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 93 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Goranboy rayonunun Mənəşli kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mənəşli kəndi ərazisində yabanı halda bitmiş 1,2 ton çəkidə 2218 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və 41 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 ədəd tüfəng aşkar edilərək götürülüb.
İyunun 22-də və 23-də ümumi çəkisi 19,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 22-də və 23-də ümumi çəkisi 19,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının iyunun 22-də və 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 22-də və 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.