Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad şəhər sakini M.Miriyevdən 435 qram marixuana götürülüb
25.06.2024
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabirabad şəhər sakini əvvəllər məhkum olunmuş M.Miriyevdən 435 qram marixuana götürülüb.
Saatlı rayonunun Mustafabəyli kənd sakini Z.Rəcəbova məxsus həyətyanı sahədən çətənə kolları aşkar edilərək götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Mustafabəyli kənd sakini Z.Rəcəbova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saatlı rayonunun Mustafabəyli kənd sakini M.Novruzova məxsus həyətyanı sahədən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Mustafabəyli kənd sakini M.Novruzova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Neftçala rayon sakini E.Cəfərova məxsus həyətyanı sahədən 10 ədəd çətənə kolu aşkarlanaraq götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini E.Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Yardımlı rayonunun Aral kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aral kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 tondan çox 8214 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Zaqatala rayonunun Mosul kəndi ərazisində yabanı bitmiş çətənə kolları məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mosul kəndi ərazisində yabanı bitmiş 4,9 ton çəkidə 9865 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 8 tüfəng, 2 patron darağı və 96 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 25-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 1 alışdırıcı, 3 tüfəng və 15 patron darağı aşkar edilərək götürülüb.
Ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik və 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 26-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.