Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən N.Bəkirov saxlanılıb
03.09.2024Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.