Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb
27.06.2024
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 25-də rayon ərazisindəki mağazaların birindən 2700 manat pul oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən S.Əsədov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərə məxsus “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş S.Əsədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazada qəsdən yanğın törətməkdə şübhəli bilinən R.Musayev saxlanılıb
İyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən R.Musayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabirabad rayonunda saxlanılan S.Ağayevdən marixuana aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan S.Ağayevdən 205 qram marixuana aşkar olunaraq götürülüb.Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə E.Cəfərova məxsus “Daewoo” markalı avtomobilə baxış zamanı isə 320 qram marixuana götürülüb.Hər iki faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəhriyar kəndi ərazisində yabanı halda bitmiş 1,8 ton çəkidə 2540 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Düz Cırdaxan kəndi ərazisində yabanı halda bitmiş 800 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 27 ədəd tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqrama yaxın heroin, 19,3 kiloqrama yaxın marixuana, 635 qrama yaxın tiryək, 105 qram metamfetamin, 100 ədəd metadon həbi, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib.