Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı paytaxt və respublikanın ayrı-ayrı rayonlarından 8 tüfəng götürülüb
23.07.2024
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Novxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakinləri müəyyən olunaraq saxlanılıblar
Novxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən oğurluq olub. Polisə müraciət edən avtoyuma məntəqəsinin icarədarı orada quraşdırılan ödəmə terminalını sındırmaqla 600 manatın oğurlandığını bildirib.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakinləri O.Şahgəldiyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Gəncə Şəhər ərazisindəki evlərin birindən təmir alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 20-nə keçən gecə şəhər ərazisindəki evlərin birindən 2500 manat dəyərində təmir alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən M.Süleymanov saxlanılıb.Araşdırma aparılır.
Beyləqan Rayon Təzəkənd kəndində yerləşən həyətdən inək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Goranboy Rayon Aşağı Ballıqaya kəndi ərazisindən qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tovuz rayonunun Əyyublu kəndi ərazisində çətənə kolu aşkar olunaraq məhv edilib
Tovuz rayonunun Əyyublu kəndi ərazisində yabanı halda bitən 4,3 ton çəkidə 6340 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.
Göygöl Rayon Çaybağı adlanan ərazidən yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çaybağı adlanan ərazidən yabanı halda bitən 1,7 ton çəkidə 2833 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.