Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb

29.11.2024

Noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır. 

29.11.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub 29.11.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 29.11.2024
  • Axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib 29.11.2024
  • Ümumi çəkisi 15,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 29.11.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 29.11.2024
  • Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb 29.11.2024
  • Nəsimi rayonu ərazisində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb 29.11.2024