Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu ərazisində 6 evdən oğurluq əməlini törətməkdə şübhəli bilinən A.İsgəndərov saxlanılıb
05.11.2024
Xəzər rayonu ərazisində 6 evdən ümumilikdə 4300 manat nağd pul, 11000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlaması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində bir nəfərin pul kisəsini oğurlamaqda şübhəli bilinən R.Muxtarov saxlanılıb
Nizami rayonu ərazisində bir nəfərin içərisində 1320 manat və mobil telefon olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Muxtarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 tapança, 8 tüfəng, 9 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə və 1313 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 5-də ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 1313 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb
Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
04.11.2024
Noyabrın 4-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonunda evlərin birindən oğurluq etməkdə şübhəli bilinən T.Əliyev saxlanılıb
Yasamal rayonunda evlərin birindən oğurluq olub. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binə qəsəbəsində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən B.Abdullayev saxlanılıb
Binə qəsəbəsində evlərin birindən oğurluq olub. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən ev sahibi oktyabrın 27-nə keçən gecə evindən 3000 manat dəyərində naqilin oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı B.Abdullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.