Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 9,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
30.09.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 30-da ümumi çəkisi 9,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 24 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 24 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində avtomobildən 20.875 manat pul oğurlamaqda şübhəli bilinən Y.İsazadə saxlanılıb
Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “KİA” markalı avtomobildən 20.875 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə saxlanılıb. Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtın Nəsimi rayonu ərazisində iki nəfərin mobil telefonlarını və pulunu oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfərin mobil telefonlarını və pulunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Kərimov və bir qadın müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Bir nəfəri aldadaraq öz hesabına pul ödətdirməkdə şübhəli bilinən H.Sultanov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadaraq öz hesabına 160 manat ödətdirməkdə şübhəli bilinən H.Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Z.Vənətiyev saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər oğurluğa görə məhkum olunmuş 41 yaşlı Z.Vənətiyev saxlanılıb. Ondan külli miqdarda marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Ağstafa rayonunun Poylu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Poylu kəndi ərazisində yabanı halda bitmiş 1 ton 627 kiloqram çəkidə 465 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir. Son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib.Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərlə əlbir olan digər narkokuryerlərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
29.09.2024
Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.