Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
07.11.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 7-də ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
06.11.2024
Noyabrın 6-da ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Nəsimi, Nizami və Yasamal rayonlarında dələduzluqda şübhəli bilinən 6 nəfər polis əməkdaşları tərəfindıən saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 120.000, digər iki şəxsin 2200 və 6000 manatlarını, daha bir nəfərin isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 54 yaşlı H.Məmmədov, 27 yaşlı Q.Maşıyev, 23 yaşlı Ə.Babayev və 45 yaşlı X.İsmayılova müəyyən olunaraq saxlanılıblar. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 76 yaşlı bir nəfəri aldadıb hesabına 1200 manat pul ödətdirməklə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 69 yaşlı A.Əkbərov saxlanılıb. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 66 yaşlı bir qadının 12000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Əliyeva müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 6–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 1 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
05.11.2024
Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Sumqayıtda dələduzluqda şübhəli bilinən 2 nəfəri saxlayıb
Polisə müraciət edən Sumqayıt şəhər sakini olan 2 nəfər onları aldadan şəxslərin hesablarına 500 və 2100 manat olmaqla ümumilikdə 2600 manat ödədiklərini bildiriblər. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı T.Heydərli və 37 yaşlı P.Rzayev müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.