Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda polisin əməliyyatı zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb

17.01.2025

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 38 yaşlı Kamil Məmmədov qeyd edilən əməldə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan ümumilikdə 20 kiloqram, o cümlədən 12 kiloqram marixuana, 8 kiloqram tiryək və metamfetamin, eləcə də 200 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edərək Bakı və Sumqayıt şəhərlərində ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşları tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=nyjt8Egybc4

 

17.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 17.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 17.01.2025
  • Axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib 17.01.2025
  • Ümumi çəkisi 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 17.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.  17.01.2025
  • Xəzər rayonu ərazisində oğurluq edən 3 nəfər saxlanılıb 17.01.2025
  • Bank kartından oğurluq edən şəxs saxlanılıb 17.01.2025
  • Sumqayıtda polisin əməliyyatı zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb 17.01.2025