Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə və 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
01.12.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 30-da və dekabrın 1-də ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 30-da və dekabrın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 30-da və dekabrın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxsləri saxlayıb
Noyabrın 30-da səhər saatlarında Ceyranbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində aşkar olunub.Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində bir nəfərin pulqabısını oğurlamaqda şübhəli bilinən A.Abdullayev saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində saxlanc yerindən bir nəfərin içərisində pulu, 2000 manat dəyərində qızıl üzüyü, sənəd və bank kartları olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı A.Abdullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində oğurluğa cəhd göstərən 3 nəfər polis əməkdaşları tərəfindən yaxalanıb
Binəqədi rayonu ərazisində yerləşən inzibati binaların birinin həyətindən 650 manat dəyərində borunu “Mercedes” markalı avtomobilə yükləyərək oğurlamağa cəhd göstərən 39 yaşlı K.Musayev, 47 yaşlı V.Namazov və 20 yaşlı C.Əlizadə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
30.11.2024
Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Xırdalan şəhər sakini olan bir qadının bank kartından 240 manatını oğurlamaqda şübhəli bilinən R.İsmayılov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan qadının bank kartından 240 manatını oğurlamaqda şübhəli bilinən 20 yaşlı R.İsmayılov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
29.11.2024
Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.