Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar
03.12.2024
Suraxanı Rayon Polis İdarəsi (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşları ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsinə və talama cinayətlərinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər. Tədbirlə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş 31 yaşlı Kənan Qaçayev saxlanılıb. Ondan 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən digər tədbir zamanı oğurluq cinayəti törədən əvvəllər məhkum olunmuş 20 yaşlı Anar Cəfərov və 27 yaşlı Əli İsmayılov saxlanılıblar. Onlar gecə saatlarında rayonun Zığ qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsini qıraraq mənzildən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 20 cinayətin açılması təmin olunub
02.12.2024
Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Cəmilov saxlanılıb
Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərin 4000 manat pulunu oğurlamaqda şübhəli bilinən Z.Adgözəlli və X.Həsənov saxlanılıblar
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da rayon ərazisində bir nəfərin 4000 manat pulunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Z.Adgözəlli və X.Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı və 2 tüfəng aşkar edərək götürüblər.
Ümumi çəkisi 1,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 2-də ümumi çəkisi 1,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması təmin olunub
01.12.2024
Dekabrın 1-də ölkə ərazisində qeydə alınan 18, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 30-da və dekabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 4 tapança, 1 qumbaraatan, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 25 patron darağı və 603 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.