Qaradağ və Nizami rayonlarında nəqliyyat vasitələrini qaçıran iki şəxs saxlanılıb
16.01.2025Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobilin, Nizami rayonu Q.Qarayev prospekti ərazisindən isə “Tofaş” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsitələrini qaçırmaqda şübhəli bilinən E.Abbasov və T.Asəfi müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.