Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
24.10.2024
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının oktyabrın 24-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati tənbeh tədbiri tətbiq olunub.
Xəzər rayonu ərazisində qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin yük avtomobili ilə daşınması aşkar olunub
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng, 1 qumbara, 3 alışdırıcı, 2 patron darağı və 176 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb
DİN Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində “Qırmızı” kitaba adı düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər. Xidməti ərazidə keçirilən tədbir zamanı Komor Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar. Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı” kitaba düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir. Baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında qaydaları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılacaq.Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
23.10.2024
Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Nərimanov və Binəqədidə bank kartından oğurluq edənləri müəyyən edərək saxlayıb
Bakı şəhər sakini olan bir nəfərin bank kartından oğurluq edilməsi barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla 4691 manat vəsaitin həmin şəxsin mobil telefonunda olan tətbiq vasitəsilə oğurlanması məlum olub. Oğurluq əməlində şübhəli bilinən 18 yaşlı N.Aslanov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində pulu, sənədi və bank kartı olan pulqabısını, sonradan həmin bank kartı ilə alış-veriş edərək vəsaitini oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Ramazanov müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırmalar aparılır.
Paytaxtın Yasamal və Nizami rayonlarında tikintilərdən oğurluq edənlər saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən tikinti ərazisindən şirkətə məxsus kabellərin oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən A.İmanov, B.İmanov və N.Ağayev saxlanılıb. Nizami rayonu ərazisində yerləşən bir tikintidən isə 2500 manat dəyərində dəmir dirəklər oğurlamaqda şübhəli bilinən K.Dəlləkov, S.Əhmədov və H.Məmmədov 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən R.Mirzəyev saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən 25 yaşlı R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.