Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
25.10.2024
Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 2 qumbara, 4 tüfəng, 12 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 25-də ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb
Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus mağazalardan pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə 1 ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıblar. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaq istəsələr də onların bu cəhdi baş tutmayıb. Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus “VAZ-2106” markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar. Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar. R.Cəfərov və qardaşı S.Cəfərovun talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
24.10.2024
Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq etməkdə şübhəli bilinən T.Əmirov saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub. Polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan və Masazırda evlərdən oğurluq edən 2 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində evlərin birindən 1200 manat dəyərində naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı E.Nəsrullayev saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri digər tədbirlə Xırdalan şəhərində bir evdən 1000 manat dəyərində məişət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən 55 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Xəlilov müəyyən olunaraq saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.