Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
27.12.2024
Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə və 123 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 27-də ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 123 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 6 tapança, 3 tüfəng, 26 partlayıcı, 504 patron darağı və 247 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
26.12.2024
Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonu Yeni Salyan şosesində bir nəfərə məxsus metal qəbulu məntəqəsindən 1500 manat dəyərində mis oğurlamaqda şübhəli bilinən Y.Quliyev saxlanılıb
Dekabrın 25-də Səbail rayonu Yeni Salyan şosesində bir nəfərə məxsus metal qəbulu məntəqəsindən 1500 manat dəyərində mis oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonunda evlərin birindən pul oğurlamaqda şübhəli bilinən İ.Müslümlü və dələduzluq yolu ilə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A. Hüseynova saxlanılıblar
Nəsimi rayonunda evlərin birindən 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Müslümlü müəyyən olunaraq saxlanılıb. Həmçinin, Nəsimi rayonu ərazisində ümumilikdə 26590 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A. Hüseynova müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Nizami rayonu ərazisində 3 avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən N.Əsgərov və bir nəfərin bank kartından 730 manatını oğurlamaqda şübhəli bilinən S.Nurullayev saxlanılıblar
Nizami rayonu ərazisində 3 avtomobildən maqnitofon oğurlanması barədə polisə məlumatlar daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən N.Əsgərov müəyyən olunaraq saxlanılıb. Keçirilən digər tədbirlə rayon ərazisində bir nəfərin bank kartından 730 manatını oğurlamaqda şübhəli bilinən S.Nurullayev də müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.