Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birində pul kisəsi oğurlamaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb
01.02.2025Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birindən bir nəfərə məxsus içərisində 1026 manat, bank kartı və sənəd olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.