Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Binəqədi və Yasamal rayonlarında moped oğurlayan 2 nəfər saxlanılıb
28.12.2024
Dekabrın 24-də Binəqədi və Yasamal rayonları ərazisində 2 nəfərə məxsus mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 34 yaşlı H.Hüseynov Binəqədi RPİ 5-ci Polis Bölməsinin, 19 yaşlı A.Dadaşov isə Yasamal RPİ 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Polis Səbail və Nəsimi rayonlarında soyğunçuluq və dələduzluq əməllərində şübhəli bilinən şəxsi saxlayıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda, Nəsimi rayonu ərazisində isə bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 18 yaşlı H.İbadullazadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Polis paytaxt və bölgələrdə dələduzluqda şübhəli bilinən 4 nəfəri saxlayıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bərdə rayonunda bir nəfərin 1200 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı X.Abdurrəhimov idarə etdiyi “KİA” markalı avtomobildə Abşeron rayonu ərazisində saxlanılıb.Digər tədbirlərlə Nəsimi rayonu ərazisində hesablarına 100 və 250 manat ödətdirməklə 2 nəfərin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 58 yaşlı M.Hüseynzadə və 26 yaşlı N.Miqunova, Xətai rayonu ərazisində isə bir nəfərin 1050 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 43 yaşlı İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində yerləşən bir avtosalondan və Binəqədi rayonunda yerləşən bir marketdən pul oğurlamaqda şübhəli bilinən C.Tağızadə və K.Məhərrəmli saxlanılıblar
Nəsimi rayonu ərazisində yerləşən avtosalonların birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən 39 yaşlı qadın Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin, bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən 31 yaşlı C.Tağızadə isə 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Binəqədi rayonunda isə marketlərin birindən 690 manat pul oğurlamaqda şübhəli bilinən 21 yaşlı K.Məhərrəmli 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 42 yaşlı Elməddin Kazımov saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub. E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə “Zaur”, “Sadiq” və “Mübariz” adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir. E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
27.12.2024
Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunda 3 nəfərə məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən N.Rəsulov, R.Əhmədli və E.Bayramov saxlanılıblar
Abşeron rayonunda 3 nəfərə məxsus bank kartlarından ümumilikdə 2565 manat oğurlanması barədə polisə məlumatlar daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bank kartlarından oğurluq etməkdə şübhəli bilinən N.Rəsulov, R.Əhmədli və əvvəllər məhkum olunmuş E.Bayramov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində evlərin birindən 6 top elektrik naqilini oğurlamaqda şübhəli bilinən A.Cəfərov saxlanılıb
Xırdalan şəhəri ərazisində evlərin birindən 6 top elektrik naqilinin oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin dekabr ayı ərzində rayon ərazisində bir neçə evdən və həyatyanı sahələrdən ümumilikdə 12150 manat dəyərində naqil, su mühərriki, inşaat materialları və təmir alətləri oğurlaması da müəyyən olunub.
Abşeron rayonu ərazisindəki bir evdən və bir marketdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş E.Zöhrabov müəyyən olunaraq saxlanılıb. Keçirilən digər tədbirlərlə rayon ərazisində marketlərin birindən 3300 manat dəyərində tütün məmulatı, 270 manat dəyərində kameranın yaddaş qurğusu və ödəmə terminalından 6705 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ə.Məmmədov, F.Əliyev və F.Ovçiyev də müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda dekabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.