Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov və Abşeron rayonları ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
01.02.2025
Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən evlərin birindən 3200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş F.Tağıyeva müəyyən olunaraq saxlanılıb. Abşeron rayonu ərazisində də analoji hadisə baş verib. Novxanı qəsəbəsi ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən A.Seyidverdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birində pul kisəsi oğurlamaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb
Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birindən bir nəfərə məxsus içərisində 1026 manat, bank kartı və sənəd olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Nizami və Nərimanov rayonları ərazisində bir avtomobil və iki mopedi qaçırmaqda şübhəli bilinənlər saxlanılıblar
Paytaxtın Nizami rayonu ərazisində “Honda” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 44 yaşlı S.Əsədov müəyyən olunaraq saxlanılıb.Keçirilən digər tədbirlə isə rayon ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinənlər 18 yaşlı F.Əliyev və bir nəfər yeniyetmə də müəyyən olunaraq saxlanılıblar. Nərimanov rayonu ərazisində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən 26 yaşlı Ş.Şixəliyev və 23 yaşlı Ş.İsmayılov da müəyyən olunaraq saxlanılıb. Hər üç faktla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
31.01.2025
Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İitkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 31-də ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 pulemyot, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.Bundan başqa Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.Araşdırmalar aparılır.
Qaradağ rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən 2 mağazadan 2040 manat dəyərində 6 təkərin, həmçinin bir nəfərin avtomobilindən akkumulyator və mobil telefonun oğurlanması barədə polisə məlumatlar daxil olub.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 45 yaşlı Ş.Zərbəliyev müəyyən olunaraq saxlanılıb.Araşdırmalar aparılır.