Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 10,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
03.02.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 3-də ümumi çəkisi 10,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 9 alışdırıcı, 16 tüfəng, 4 patron darağı və 210 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
02.02.2025
Fevralın 2-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı və Sumqayıt şəhərlərində dələduzluqda şübhəli bilinən 3 şəxs saxlanılıb
Paytaxtın Yasamal və Nəsimi rayonlarında, həmçinin Sumqayıt şəhərində 3 nəfərin ümumilikdə 4080 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 58 yaşlı R.Tanrıverdiyev, 42 yaşlı V.Mirzəyev və 28 yaşlı Ə.Əsədzadə müəyyən olunaraq saxlanılıb.Araşdırmalar aparılır.
Xəzər rayonu ərazisində yerləşən 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən 3 evdən ümumilikdə 5500 manat dəyərində avtomobil ehtiyat hissələri, naqil və təmir alətləri oğurlanması barədə polisə məlumatlar daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı X.Nuriyev müəyyən olunaraq saxlanılıb.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən isə rayon ərazisində yerləşən evlərin birindən 200 manatı açıq talama yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlı M.Məhərrəmov, 26 yaşlı A.Tağıyeva, 24 yaşlı N.Səmədova, 28 yaşlı M.Məmmədov və İ.Qurbanovun müəyyən olunaraq saxlanılması təmin edilib.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 1-də və 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 1-də və 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də və 2-də ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,3 kiloqramdan artıq heroin, 30,9 kiloqramdan çox marixuana, 4,8 kiloqramdam artıq tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 80 ədəd psixotrop tərkibli həb olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 5 tüfəng, 7 patron darağı və 74 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
01.02.2025
Fevralın 1-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.