Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əməliyyat tədbiri ilə narkotik vasitə aşkar olunaraq götürülüb
24.01.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 24-də ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarından qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Bakı və Sumqayıt ərazisində dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıb.Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə ümumilikdə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.Faktlarla bağlı araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
23.01.2025
Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb
Yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qaradağ rayonunda oğurluq edən şəxslər saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 8300 dolların oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı F.Eyyubov, 34 yaşlı G.Əliyeva və 28 yaşlı E.Bağırov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunda oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Sabunçu rayonu ərazisində bir nəfərin geyim əşyası, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Əhmədov saxlanılıb. Araşdırma zamanı onun oğurladığı bank kartı ilə alış-veriş etdiyi də müəyyən olunub.Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Səfixanlı və O.Qarayev saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı İ.Səfixanlı və 26 yaşlı O.Qarayev saxlanılıb. Onların əlavə olaraq “Tufan” markalı motosiklet qaçırmaları da müəyyən olunub.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.