Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
28.01.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 9 qumbara, 34 tüfəng, 5 patron darağı və 650 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Xəzər rayonunda ev və avtomobillərdən oğurluq edənlər saxlanılıb
Xəzər rayonunda “Chevrolet” markalı avtomobildən 1800 manatın oğurlanması barədə polisə məlumat daxil olub.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Eminov saxlanılıb.Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə evdən ümumilikdə 11250 manat dəyərində məişət əşyaları, inşaat materialları, təmir alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.Rayon ərazisində oxşar üsulla törədilmiş daha bir oğurluq əməlinin üstü açılıb. Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən mobil telefon, gödəkçə və digər əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş P.Talıbov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin bir neçə avtomobildən pul, məişət əşyası, video-qeydiyyat qurğusunu oğurlaması da müəyyən olunub.Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda yerləşən evlərdən silsilə oğurluqlar edən 2 şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində yerləşən 6 müxtəlif evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 6200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı Z.Bağırov və 23 yaşlı T.Abbasov müəyyən olunaraq saxlanılıb.Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması təmin olunub
27.01.2025
Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 20, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 2 tüfəng və 44 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
26.01.2025
Yanvarın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən 5 şəxs saxlanılıb
Səbail rayonu ərazisində 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.Bundan başqa rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.Araşdırmalar aparılır.
Nizami rayonunda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Nizami rayonu ərazisində 2 şəxsin avtomobilindən 4130 manat dəyərində texniki avadanlıqların və məişət əşyalarının, həmçinin içərisində 200 manat, 700 dollar, kart və sənəd olan pulqabının oğurlanması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 48 yaşlı E.Həsənov və əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 39 yaşlı T.Mehdiyev müəyyən olunaraq saxlanılıb.Araşdırmalar aparılır.