Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
26.01.2025
Yanvarın 25-də və 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 25-də və 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 25,6 kiloqramdan artıq narkotik vasitə və 148 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 25-də və 26-da ümumi çəkisi 25,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin 148 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 25-də və 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 pulemyot, 1 qumbaraatan, 4 tapança, 1 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 12 patron darağı və 4090 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
25.01.2025
Yanvarın 25-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Nərimanov rayonu və Sumqayıt şəhəri ərazisində oğurluq əməlini törətməkdə şübhəli bilinən G.Dadaşova və C.Cahangirov saxlanılıb
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən içərisində 2000 manat və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən G.Dadaşova müəyyən olunaraq saxlanılıb.Digər bir oğurluq hadisəsi isə Sumqayıt şəhəri ərazisində olub. Belə ki, şəhər sakininə məxsus bank kartından 160 manat oğurlamaqda şübhəli bilinən C.Cahangirov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Abşeron və Nəsimi rayonlarında quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunun və pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 21 yaşlı Ə.Əlvəndov müəyyən olunaraq saxlanılıb.Nəsimi rayonu ərazisində də analoji hadisə baş verib. Rayon ərazisində yerləşən kafelərin birində naməlum şəxslər bir nəfəri kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib. Daxil olmuş məlumat əsasında poois əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı Q.Hüseynov və 31 yaşlı P.İsmayılov müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
24.01.2025
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.