Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
30.01.2025
Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ və Suraxanı rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Qaradağ rayonu ərazisində ekskavator və avtomobillərdən 6 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumatlar daxil olub.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı C.Qorçuyev və 31 yaşlı R.Nüsrətli müəyyən olunaraq saxlanılıblar.Bundan başqa Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bir nəfərin bank kartından 600 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı İ.Qurbanovun müəyyən olunaraq saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Nəsimi rayonunda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən 2 mağazadan 2208 manat dəyərində yaddaş qurğularının oğurlanması barədə polisə məlumatlar daxil olub.Nəsimi rayonu 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı N.Rzayev müəyyən olunaraq saxlanılıb.Bundan başqa polis əməkdaşları tərəfindən rayon ərazisində bir nəfərə məxsus içərisində pul, kart və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Səmədovun saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Paytaxtın Sabunçu rayonu ərazisində oğurluq edənlər saxlanılıb
Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 400 manat dəyərində oğurluq olması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Rayon ərazisində yerləşən evlərin birindən də oğurluq olması barədə polisə məlumat daxil olub. Evdən 1780 manat pul, təmir aləti və elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 56 yaşlı A.Cabbarov və 22 yaşlı T.İsmayılov müəyyən olunaraq saxlanılıblar.Hər iki faktla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 5,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 30-da ümumi çəkisi 5,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 1 pulemyot, 12 tüfəng, 39 patron darağı və 9065 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 27 cinayətin açılması təmin olunub
29.01.2025
Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi və Yasamal rayonunda quldurluq və oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərin 2000 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı S.İsmayılov müəyyən olunaraq saxlanılıb.Bundan başqa Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən evlərin birinin damından elektrik naqili oğurlamaqda şübhəli bilinən 38 yaşlı E.Əhmədovun müəyyən olunaraq saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.