Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda polisin əməliyyatı zamanı 6 kq həşiş və marixuana aşkarlanıb
06.01.2025
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. 2025-ci ilin ilk günlərində həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan 2 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və 4 kiloqrama yaxın marixuana aşkarlanıb.Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, Z.Əzizov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BNMİ-nin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bayram günlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.Abşeron rayonu ərazisində yanvar ayının 1-də keçirilən tədbir nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Vaqif Səfərov saxlanılıb. Ondan 30 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.Bu şəxs narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edib Abşeron rayonunda ayrı-ayrı ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməyi planlaşdırıb. Saxlanılan şəxs ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olub.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
05.01.2025
Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən T.Mirələmov saxlanılıb
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ 13-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Mirələmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 5-də ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 2 tüfəng, 11 patron darağı və 200 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
04.01.2025
Yanvarın 4-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Yanvarın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 27 cinayətin açılması təmin olunub
03.01.2025
Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.