Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
07.01.2025
Yanvarın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə və 144 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 7-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 144 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 9 qumbara, 3 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 319 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
06.01.2025
Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb
Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən 1500 manat dəyərində elektrik naqili və inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində bir neçə evdən naqil, noutbuk, oyun aparatları və qızıl əşyaları oğurlaması da müəyyən olunub.
Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində oğurluq əməllərini törətməkdə şübhəli bilinən üç şəxs müəyyən edilərək saxlanılıb
Yanvarın 6-da Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Quliyev müəyyən olunaraq saxlanılıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 145 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Abşeron rayonu ərazisində digər oğurluq hadisəsi isə kafelərin birində baş verib. Naməlum şəxsin kafedən 3660 manatlıq enerji içkisi və 2500 manat dəyərində televizor oğurlaması barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən F.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hər 3 faktla bağlı araşdırma aparılır.
Yanvarın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 6-da ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 pulemyot, 1 tapança, 23 qumbara, 17 alışdırıcı, 28 tüfəng, 2 patron darağı və 5841 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.