Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
07.04.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 qumbara, 3 patron darağı və 32 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.