Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
13.01.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 2 qumbara, 1 alışdırıcı, 30 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
12.01.2025
Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nizami və Səbail rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
Nizami rayonu Q.Qarayev prospektində yerləşən mağazadan qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Mansurov müəyyən olunaraq saxlanılıb. Nizami rayonunda polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisindəki apteklərin birindən oğurluğa cəhd göstərən İ.İsmayılzadə, M.Sadıqov da müəyyən olunaraq saxlanılıb.Səbail rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı isə müxtəlif vaxtlarda bir nəfərin mobil telefonunu oğurlamaqda, digərinin isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Əliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Yasamal və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
Yasamal rayonu ərazisində yerləşən 2 mağazadan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2200 manatdan çox maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Y.Quliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.Nərimanov rayonunda isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadına məxsus bank kartından 150 manat oğurlamaqda şübhəli bilinən 37 yaşlı V.Talıbov müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonunda dələduzluq edən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.
Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən 2 şirkətdən 3000 manat dəyərində mis boru və 180 kiloqram metal əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı T.Sadıqov, 48 yaşlı N.Qasımov və 41 yaşlı F.Şivəxanov saxlanılıblar.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 11-də və 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 62,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 11-də və 12-də ümumi çəkisi 62,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqrama yaxın heroin, 49,5 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox metamfetamin, 7,3 kiloqramdan çox tiryət, 2 kiloqrama yaxın həşiş, həmçinin 300 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 11-də və 12–də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 13 avtomat silahı, 2 tapança, 52 tüfəng, 18 patron darağı və 189 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.