Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Salyan rayonunun Şorsulu kəndi ərazisində “QAZel” markalı mikroavtobus qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılmışdır
18.02.2022
Fevralın 18-də saat 7 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində Masallı rayon sakini E.Səbziyev idarə etdiyi “QAZel” markalı mikroavtobusu qarşıda gedən “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə E.Səbziyevin sərnişini Hüseyn Dadaşov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Mayis Rəzzaqlı orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Salyan rayonunun Xələc kəndi ərazisində “Kia” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılmışdır
Fevralın 18-də saat 15 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Cəlilabad rayon sakini Vasif Mirzəyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə sürücü və sərnişini olan qardaşı Asif Mirzəyev hadisə yerində ölmüşlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində törədilmiş 77 cinayətin üstü “isti izlər”lə açılmışdır
17.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 77 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də qanunsuz saxlanılan 4 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah isə könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.- 93 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Nərimanov rayonu ərazisində münaqişə zəminində iki nəfəri kəsici-deşici alətlə öldürməkdə şübhəli bilinən N.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə fevralın 18-də saat 00.30 radələrində Bakı şəhər sakini Fərid Alırzayevin və Sumqayıt şəhər sakini Şahin Bayramovun ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri və orada ölmələri barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla rayonun Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində Ş.Bayramov və F.Əlirzayevin aldıqları xəsarətlərdən ölmələri müəyyən olunmuşdur. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanmışdır.Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil aşmışdır
Fevralın 17-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Seymur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişinləri – həyat yoldaşı Fidan Ələkbərova və oğlu Həmzə hadisə yerində ölmüşlər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəmkir rayonunun Düyərli kəndi ərazisində “Nissan” markalı avtomobil daş hasara çırpılmışdır
Fevralın 17-də saat 13 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Tovuz rayon sakini Mahir Nağıyev idarə etdiyi “Nissan” markalı avtomobili daş hasara vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini olan həyat yoldaşı xəstəxanaya yerləşdirilmişdir. Şəmkir RPŞ-də araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “VAZ-2102” markalı avtomobillə qəsəbə sakini M.Mustafayeva vurulmuşdur
Fevralın 17-də saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini A.Səfərov idarə etdiyi “VAZ-2102” markalı avtomobillə yolu keçən həmyerlisi Mahirə Mustafayevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Suraxanı RPİ-də araşdırma aparılır.