Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Astara rayonunun Şiyəkəran kənd sakini S.Rzayevin evindən silah-sursat və heroin aşkar edilərək götürülmüşdür
23.04.2022
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S.Rzayevin evinə baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülmüşdür.
Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini E.Mirzəyevə məxsus həyətyanı sahədən 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yuxarı Ləki kənd sakini E.Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Nərimanov rayonunda 10 evdən su sayğacı oğurlayan və narkotik vasitlərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Nərimanov rayonunda müxtəlif vaxtlarda 10 mənzilə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Eldarov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Hüseyn Eldarovun sayğacları oğurlaması təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri digər bir əməliyyat zamanı Bakı şəhər sakini Kamil Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirdən əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar edilib. Kamil Əliyev ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirib. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Hüseyn Eldarov və Kamil Əliyev ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.
Xəzər rayonunda narkotiklərin satışı, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri edən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış və 3-cü Polis Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə yaşayan əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və onun başçlıq etdiyi dəstənin üzvləri tutularaq istintaqa təqdim ediliblər. Dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin, 1 ədəd “F-1 əl qumbarası”, 1 ədəd “Lankaster” markalı tüfəng, 1 ədəd “Makarov” konstruksiyalı tapança və 25 ədəd patron aşkar edilib. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilən dəstə üzvləri Ehtibar Quliyev, Ceyhun Əhədzadə, Elvin Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif növ narkotik maddə aşkar edilib.Araşdırma zamanı dəstə üzvlərinin paytaxtın Xəzər, Suraxanı və digər rayonlarında çoxlu sayda oğurluq cinayətləri törətdikləri məlum olub. Həmçinin onların Anar İsmayılovun tapşırığı ilə ticarətlə məşğul olan müxtəlif şəxslərə hədə-qorxu gələrək zərərçəkənlərdən qanunsuz olaraq pul tələb etdikləri müəyyən edilib.Saxlanılan şəxslər barəsində 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar İsmayılov və dəstənin digər üzvləri barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Cinayət İşi başlanılıb.Onların hər bir barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Dəstə üzvlərinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 66 cinayətin üstü “isti izlər”lə açılmışdır
22.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 66 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Mehdiyev müəyyən edilərək saxlanılmışdır
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Mehdiyev müəyyən edilərək saxlanılmışdır.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt sakini Ü.Fərziyev müəyyən edilərək saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə aprelin 21-də 18-ci məhəllədə şəhər sakini A.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin onu hədələyərək 15 manat pulunu və poverbankını almaları, həmçinin 150 manat pul tələb etmələri barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini Ü.Fərziyev müəyyən edilərək saxlanılmışdır.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş M.Əliyevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində daha 18 evdən inşaat materialları, təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlaması da müəyyən olunmuşdur.
Bakı şəhər sakini A.Kazımovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kazımovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 2 evdən qızıl-zinət əşyaları, soyuducu mühərriki, qızdırıcı, 6 ədəd stul, 2 ədəd samovar və hamam aksesuarları oğurlaması da müəyyən olunmuşdur.
Masallı rayonunun Qızılağac kənd sakini M.Muradovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qızılağac kənd sakini, əvvəllər məhkum olunmuş M.Muradovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.