Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyatlar keçirilib
25.04.2022
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan daha 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub.İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan” markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qeyd edilən dövr ərzində həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər. Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır
24.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində “Hyundai” markalı avtomobili qarşıda gedən “MAZ” markalı avtomobilə çırpılmışdır
Aprelin 24-də saat 22 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Elşad Kamilzadə idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Q.Cəfərovun idarə etdiyi “MAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə E.Kamilzadə hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir. Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr relsi oğurlayaraq metal qəbulu məntəqəsinə satmağa aparan şəxslər saxlanılmışlar
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 24-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr relsi oğurlayaraq “Belarus” markalı traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa aparan Xanlıqoba kənd sakinləri Y.Məmmədov və Ə.Məmmədov saxlanılmışlar.Araşdırma aparılır.
Lənkəran rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Z.Cəfərov saxlanılmışdır
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 ədəd xalça, 2 ədəd su nasosu, soyuducu mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən İsti Su qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılmışdır. Araşdırma aparılır.
Gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılmışdır
23.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Suraxanı rayonunun Qaraxuçur qəsəbəsindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.İsmayılov müəyyən edilərək qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılmışdır
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aprelin 23-nə keçən gecə Qaraxuçur qəsəbəsindən H.Hətəmlinin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.İsmayılov müəyyən edilərək qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılmışdır.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində “Toyota” markalı avtomobili beton yol ayırıcısına çırpılmışdır
Aprelin 23-də saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Bakı şəhər sakini Pərviz Qafarov idarə etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü və sərnişini olan həyat yoldaşı Afət hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə Hacıqabul rayon sakini A.Hüseynov vurulmuşdur
Aprelin 23-də saat 7 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində 5 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən A.Hüseynli saxlanılmışdır
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Badamdar qəsəbəsi ərazisində 5 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynli saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da müəyyən edilmişdir.