Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Münaqişə zəminində keçmiş kürəkəni F.Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməkdə şübhəli bilinən Salyan rayon sakini M.Əliyev tutularaq istintaqa təhvil verilmişdir
25.04.2022
Aprelin 25-də saat 23 radələrində Salyan Rayon Polis Şöbəsinə rayon sakini, 37 yaşlı Faiq Məlikovun öldürülməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla kənd sakini M.Əliyevin yaşadığı Qarabağlı kəndindəki evdə münaqişə zəminində keçmiş kürəkəni F.Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Aprelin 25-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov saxlanılmışdır
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə aprelin 19-dan 25-dək olan müddətdə Qala qəsəbəsi ərazisində qəsəbə sakinlərinə məxsus “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağın oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Qax rayon sakini E.Lomaşvili saxlanılmışdır
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları, 1150 manat dəyərində fotoaparat, binokl və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini E.Lomaşvili saxlanılmışdır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 evdən oğurluq törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılmış, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Lökbatan qəsəbəsindəki 4 evdən pul, noutbuk, mobil telefon və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini Z.Abdullazadə saxlanılmış, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.
Yasamal rayonundakı A.M.Şərifzadə küçəsindən motosikleti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynli saxlanılmışdır
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə A.M.Şərifzadə küçəsindən T.Əsədova məxsus motosikletin oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akşin Hüseynli saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da müəyyən olunmuşdur.
Biləsuvar rayon sakini Ş.Nəhmətovdan ov tüfəngi götürülmüşdür
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Biləsuvar rayon sakini Ş.Nəhmətovdan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobillə qarşıda gedən iki moped vurulmuşdur
Aprelin 25-də saat 16 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi “Chevrolet” markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə etdikləri mopedləri vurmuşdur. Nəticədə R.Adıgözəlov hadisə yerində ölmüş, digər mopedçi xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəmkir şəhəri ərazisində “VAZ-20174” markalı avtomobillə Gədəbəy rayon sakini Ə.Əliyev vurulmuşdur
Aprelin 25-də saat 15 radələrində Şəmkir şəhəri ərazisində Gədəbəy rayon sakini A.Həsənov idarə etdiyi “VAZ-20174” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Əmiraslan Əliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Şəmkir RPŞ-də araşdırma aparılır.
Quba şəhəri ərazisində “VAZ-21015” markalı avtomobillə şəhər sakini N.Abdullayev vurulmuşdur
Aprelin 25-də saat 17 radələrində Quba şəhəri ərazisində şəhər sakini O.Zeynalov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Nəsrulla Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür.Quba RPŞ-də araşdırma aparılır.