Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır
19.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.
“COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində cinayət işi başlanılıb
“COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Beyləqan şəhər sakini E.İbişovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.İbişovdan qanunsuz saxladığı nömrəsi silinmiş “Bum” markalı ov tüfəngi götürülmüşdür.
Quldurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılmışlar
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılmışlar. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Narkotik vasitə ilə tutulmuş Cəbrayıl rayon sakini T.Hüseynovun evlərin birindən 14000 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir
Narkotik vasitə ilə tutulmuş Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş T.Hüseynovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2021-ci il noyabrın 22-də Saatlı rayonunun Əlisoltanlı kəndindəki evlərin birindən 14000 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun törətdiyi digər cinayət əməlləri müəyyən olunmuşdur
Sabunçu RPİ-nin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Ramana qəsəbəsində daha 19 evdən hər birinin qiyməti 280 manat olan qaz sobalarını oğurlamaları da müəyyən olunmuşdur.
85 metr naqil oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini E.Rəsulov müəyyən edilərək saxlanılmışdır
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəqani kəndi ərazisində Suvarma Sistemləri İdarəsinə məxsus 3 artezian quyusundan ümumilikdə 85 metr naqil oğurlamaqda şübhəli bilinən rayon sakini E.Rəsulov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
“COVİD-19” virusuna yoluxmasına baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində cinayət işi başlanılıb
Beyləqan şəhər sakini E.İbişovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür