Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayonunun Əyricə kənd sakini N.Talıbovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
29.04.2022
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Əyricə kənd sakini N.Talıbovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülmüşdür.
Göygöl rayonu ərazisində “KamAZ” markalı bir avtomobildən və bir kafedən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində “KamAZ” markalı bir avtomobildən akkumulyator, açar dəsti, maqnitofon və səsgücləndiricilər, bir kafedən 2500 manat dəyərində 2 ədəd su qızdırıcısı, 6 ədəd pəncərə çərçivəsi, 4 ədəd radiator, 15 ədəd dəmir su çəni və 30 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Hacıyev, S.Abbaszadə və N.Mirzəyev saxlanılmışlar.
Bakı şəhər sakini Ə.Rəsulovdan 1 kiloqramdan artıq metamfetamin və 4 qrama yaxın marixuana götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Rəsulovdan 1 kiloqram 415 qram metamfetamin və 4 qrama yaxın marixuana götürülmüşdür.
Beyləqan rayonu ərazisində Göyçay şəhər sakini Ə.Nağıyevin idarə etdiyi avtomobildən 173 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Nağıyevin idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı oradan ona və qardaşına məxsus kultivasiya yolu ilə yetişdirilmiş 173 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Kürdəmir şəhəri ərazisindəki çay evindən silah-sursat aşkar edilərək götürülmüşdür
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində R.İslamova məxsus çay evinə baxış zamanı oradan 1 ədəd idman tapançası, 1 ədəd revolver tipli tapança, 1 ədəd gırma darağı və 16 ədəd qırma aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Xırdalan şəhəri ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindən şəhər sakini N.Səmədovun “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov və Qubadlı rayon sakini T.Məmmədov saxlanılmışlar. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Məmmədli müəyyən edilərək saxlanılmışdır
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində marşrut avtobusunda Bakı şəhər sakini S.Qasımovanın çantasından 100 manat pulunu, bir həyətyanı sahədən su nasosu, bir avtomobildən akkumulyator, digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Məmmədli müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Nizami rayonunun Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə aprelin 25-nə keçən gecə Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən noutbuk, printer, modem və 2 ədəd gərginlik doldurucusunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Vəlizadə, Sumqayıt şəhər sakini H.Həziyev və Abşeron rayon sakini S.Şıxıyev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən R.Dadaşov müəyyən edilərək saxlanılmışdır
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Q.Qarayev prospektində yerləşən marketlərin birindən 490 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.