Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayonunun Arazbari kəndi ərazisində “Hyundai” markalı avtomobil qarşıda gedən “Mercedes” markalı avtomobilə çırpılmışdır
27.04.2022
Aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurmuşdur. Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sürəyya Hüseynova ölmüşdür. Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yasamalda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30 nəfər tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 29 kiloqram 900 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Əməliyyatlar nəticəsində saxlanılanlardan biri narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs olub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Həmçinin qeyd edilən dövr ərzində keçirilən profilaktik-nəzarət tərbirləri nəticəsində Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən narkotik vasitə istifadəçilərinin toplaşdığı yarımtikili də nəzarətdə saxlanılıb.Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir
Gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır
26.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində inzibati protokol tərtib edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Əmisi Ə.İsmayılovun baş nahiyəsinə xəsarət yetirirərək ölümünə səbəb olmuş Laçın rayon sakini B.İsmayılov tutularaq istintaqa təhvil verilmişdir
Aprelin 20-də Laçın rayon sakini B.İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Ə.İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölmüşdür. Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.
1 yaşlı oğlunu evdən həyətə tullamaqda şübhəli blinən S.Ağakərimov tutularaq istintaqa təhvil verilmişdir
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı S.Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanmışdır.
Quldurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri V.Bəylərov və T.Dadaşlı müəyyən edilərək saxlanılmışlar
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gəlmiş 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar V.Bəylərov və T.Dadaşlı müəyyən edilərək saxlanılmışlar. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Soyğunçuluqda şübhəli bilinən Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbə sakini Q.Hüseynov saxlanılmışdır
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini T.Əsədovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən qəsəbə sakini Q.Hüseynov saxlanılmışdır.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini T.Rüstəmov saxlanılmışdır
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aprelin 25-də Telnov küçəsindən Ş.Kazımovaya məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rüstəmov Zığ Şossesində saxlanılmışdır.Araşdırma aparılır.
Gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır.