Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Neftçala rayonг ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən E.Ağayev saxlanılmışdır
30.04.2022
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki evlərin birindən 525 manat oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini E.Ağayev saxlanılmışdır.
Xətai rayonunda ötən gün narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyat keçirilib
Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən 11 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil ediblər. Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər. Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Gəncə şəhər sakini İ.Fuladinin yaşadığı evdən silah-sursat aşkar edilərək götürülmüşdür
29.04.2022
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Fuladinin yaşadığı evə baxış zamanı oradan “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 25 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Salyan rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğdə cərimələnmişdir.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Səbail rayonunun M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartını oğurlayaraq hesabındakı pulu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Quliyev və M.Həmidov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini T.Baloğlanov saxlanılmışdır
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları, samovar və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Baloğlanov saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini İ.Zeynalova qarşı quldurluq etməkdə şübhəli bilinən Sərxan Xanəhmədov və Zahid Abıyev saxlanılmışlar
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Zeynalovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt sakinləri Sərxan Xanəhmədov və Zahid Abıyev saxlanılmışlar. Araşdırma aparılır.
Gəncə şəhər sakini A.Fərəcovun yaşadığı evdən nömrəsi silinmiş tapança və ləvazimatları aşkar edilərək götürülmüşdür
Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Fərəcovun yaşadığı evə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini İ.Feyzullayevdən 2 kiloqramdan artıq marixuana götürülmüşdür
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Feyzullayevdən 2 kiloqram 50 qram marixuana aşkar edilərək götürülmüşdür.