Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakini E.Ağayeva vurulmuşdur
30.04.2022
Aprelin 30-da saat 20 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Elnarə Ağayevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.Suraxanı RPİ-də araşdırma aparılır.
Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
Aprelin 30-da saat 21 radələrində Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində İmamqulubəyli qəsəbə sakinləri Ş.Əliyevin idarə etdiyi “Mercedes” və Cabir Qənbərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Qənbərov hadisə yerində ölmüşdür.Ağdam RPŞ-də araşdırma aparılır.
Gəncə şəhərinin Nizami prospektində “Mercedes” markalı avtomobili aşmış və sonradan avtomobildə yanğın baş vermişdir
Mayın 1-də saat 1 radələrində Gəncə şəhərinin Nizami prospektində Göygöl rayon sakini İlqar Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmış və sonradan avtomobildə yanğın baş vermişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.Gəncə ŞBPİ-də araşdırma aparılır.
Biləsuvar şəhəri ərazisində “Hyundai” markalı avtomobillə “Belarus” markalı traktor toqquşmuşdur
Aprelin 30-da saat 16 radələrində Biləsuvar şəhəri ərazisində Dərvişli kənd sakini Elçin Əlizadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə şəhər sakini A.Tağıyevin idarə etdiyi “Belarus” markalı traktor toqquşmuşdur. Nəticədə E.Əlizadə hadisə yerində ölmüşdür.Biləsuvar RPŞ-də araşdırma aparılır.
Yasamal rayonunun A.M.Şərifzadə küçəsindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Hacıqabul rayon sakini A.Hacıyev avtomobillə birgə Göyçay rayonu ərazisində saxlanılmışdır
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə A.M.Şərifzadə küçəsindən Saatlı rayon sakini Y.Müslümova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş A.Hacıyev avtomobillə birgə Göyçay rayonu ərazisində saxlanılmışdır.Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Bağırov saxlanılmışdır
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də rayon ərazisindəki marketlərin birindən 3000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bağırov saxlanılmışdır.Araşdırma aparılır.
Aprelin 26-da vətəndaş İ.Morozova məxsus mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Allahverdiyev və Q.Əliyev saxlanılmışlar
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da İ.Morozova məxsus 1000 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Allahverdiyev və Q.Əliyev saxlanılmışlar.Araşdırma aparılır.
Ağcabədi rayonu ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Məmmədov saxlanılmışdır
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılmışdır.
Ağdam rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.Mehdiyev saxlanılmışdır
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılmışdır.
Gədəbəy rayonunun Dəyirmandağ kənd poçt şöbəsindən lotereya biletləri və 210 manat dəyərində uduşlu lotereya oğurlamaqda şübhəli bilinən F.Alıyev saxlanılmışdır
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Dəyirmandağ kənd poçt şöbəsindən 58 ədəd lotereya bileti və 210 manat dəyərində uduşlu lotereya oğurlamaqda şübhəli bilinən kənd sakini F.Alıyev saxlanılmışdır.Araşdırma aparılır.