Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən Eltun Həsənov, Əmrah Qurbanov və Orxan Həsənov müəyyən edilərək saxlanılmışlar
04.05.2022
Abşeron Rayon Polis İdarəsinə Nübar yaşayış sahəsindəki rayon Kommunal İdarəsinə məxsus tikilidən 1200 manat dəyərində otbiçən aparat, plastik boru yapışdıran aparat və elektrik naqili oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Eltun Həsənov, əvvəllər məhkum olunmuşlar Əmrah Qurbanov və Orxan Həsənov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Masallı şəhər sakini S.Əliyeva saxlanılmışdır
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Kosakül kəndindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini S.Əliyeva saxlanılmışdır. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənbəran kənd sakini Ə.Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib
Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib. Həmin şəxsin Quba rayon sakini N.Novruzov olduğu məlum olub. Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərində avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində 7 nömrəli marşurut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Hadisə ilə bağlı, Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir.Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Su polisinin narkotik əməliyyatı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisinə qaçmaqmalçılıq yolu ilə gətirilərək qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Qobu qəsəbəsində 9 marketdən oğurluq edən şəxs saxlanılıb
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib. Marketin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin obyektə daxil olaraq oradan dəyəri 15 min manat olan tütün və ərzaq məhsulları, eləcə də kassada olan nağd pulu ələ keçirdiyini bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə obyektdən Polis Bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxs tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhlum olunmuş Qobu qəsəbəsində yaşayan Polad Piyamı saxlanılıb. O, ifadəsində qəsəbə ərazisində yerləşən ümumilikdə 9 marketdən oğurluqlar etdiyini bildirib. Polad Piyamınin evinə baxış zamanı onun oğurluq yolu ilə ələ keçirdiyi məhsulların bir qismi qazaraq torpağın altında gizlətdiyi yerdən aşkar edilib. Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət qurumları adından elan saytlarına mövcud olmayan vakansiyalar yerləşdirən şəxs saxlanılıb
Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb. Belə ki, Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır
03.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bakı şəhər sakini X.Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən özünü atmışdır
Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atmışdır. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Z.Niyazovun üzərinə düşmüşdür. Nəticədə X.Babayeva hadisə yerində ölmüş, Z.Niyazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.