Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İmişli rayonunun Çaxırlı kəndindəki mağazaların birindən pul, orada quraşdırılmış "Milli Ön" ödəmə terminalından isə 4000 manatı oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini N.Süleymanov saxlanılmışdır
03.05.2022
İmişli Rayon Polis Şöbəsinə mayın 2-nə keçən gecə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış "Milli Ön" ödəmə terminalından isə 4000 manatın oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Süleymanov müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bərdə rayonunun Kələntərli kəndinin ərazisindəki daha bir mağazadan 150 manat pul, 200 manat dəyərində tütün məmulatı, videomüşahidə kamerasının yaddaş qurğusu və orada quraşdırılmış "E-Manat" ödəmə terminalından 1611 manat pul, Ağsu şəhəri ərazisindəki digər bir mağazadan 100 manat pul, 2700 manat dəyərində tütün məmulatı, noutbuk, orada quraşdırılmış "E Manat" terminalından 2418 manat pul, Muradlı kəndindəki digər mağazadan isə 80 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.
DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefondan zəng edərək yalan məlumat vermiş F.Nizamlı saxlanılmışdır
Mayın 4-də saat 04.50-də DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var" deyərək telefonu söndürmüşdür. Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmamışdır. Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılmışdır. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində saxlanılan R.Ağayevdən narkotik vasitələr götürülmüşdür
Mayın 3-də Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində özünü şübhəli aparan şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilmişdir. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad Ağayev olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı ondan 68 qramdan artıq heroin, 31 qrama yaxın metamfetamin, tiryək, həmçinin 3050 manat pul və 2 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür.
Səbail rayonunun Bülbül prospektində yerləşən mağazaların birindən 1350 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş V.Sedov müəyyən edilərək saxlanılmışdır
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Bülbül prospektində yerləşən mağazaların birindən 1350 manat dəyərində mobil telefonun oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər də oğurluğa görə məhkum olunmuş V.Sedov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Ağayev müəyyən edilərək saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini İ.Həsənəliyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəhər sakini T.Abbasov saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə mayın 3-də bir nəfərin şəhər sakini İ.Həsənəliyevə zor tətbiq edib içərisində pulu və bank kartı olan cüzdanını alması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Abbasov müəyyən edilərək saxlanılmışdır. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisindən “QAZel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Muradov Binə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır
Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə mayın 2-də Yeni Günəşli qəsəbəsi ərazisindən qəsəbə sakini E.Məmmədova məxsus “QAZel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədovun qohumu A.Muradov mayın 3-də Binə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır. Suraxanı RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulmuşdur
Mayın 3-də saat 22 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Mürsəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yadigar Əmiraslanovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Abşeron RPİ-də araşdırma aparılır.
Şərur rayonu ərazisində “Mercedes” və “VAZ-21041” markalı avtomobillər toqquşmuşdur
Mayın 3-də saat 15 radələrində Şərur rayonu ərazisində rayon sakinləri B.İsmayılovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Məmmədovun sərnişini Nurgül Bağırova xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.Şərur RPİ-də araşdırma aparılır.
Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 3-də saat 17 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Seyfəli kənd sakini Nəzarət Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı avtomobillərin təmiri sexinə (istifadəsiz) vurmuşdur. Nəticədə N.Əliyev hadisə yerində ölmüş, sərnişini - Abbaslı kənd sakini E.Mustafayev xəstəxanaya yerləşdirilmişdir.Şəmkir RPŞ-də araşdırma aparılır.