Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşına silahlı müqavimət göstərən narkokuryer xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb
05.05.2022
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində transmilli mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıblar.Belə ki, Baş İdarəyə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib. Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib. Vüqar Cəfərovla narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib. Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” marakalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən gətirilən narkotik vasitələri Azərbaycan ərazisindən tranzit zona kimi istifadə edərək Avropaya daşımağa çalışıblar.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama əmrinə tabe olmayan sürücü saxlanılıb
Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama tələbinə tabe olmayan sürücü saxlanılıb.Belə ki, Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib. Amma sürücü onlardan qaçmağa çalışıb. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib. Sürücü daha sonra Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.
Gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır
04.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 4-də saat 19 radələrində Şəmkir şəhəri ərazisində rayon sakini T.Cəfərovun və Elsevər Muxdarovun idarə etdikləri “Ford” markalı 2 yük avtomobili toqquşmuşdur. Nəticədə E.Muxdarov və sərnişini Asif Əliyev hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir. Şəmkir RPŞ-də araşdırma aparılır.
Pytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 4-də saat 11 radələrində paytaxtın Nizami rayonu ərazisində S.Sultanov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Svetlana Abramovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Nizami RPİ-də araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
Mayın 4-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakinləri C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşmuş və nəticədə motosikletçi hadisə yerində ölmüşdür.Suraxanı RPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Baloğlanov saxlanılmışdır
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsindəki evlərin birindən 2550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Baloğlanov saxlanılmışdır. Araşdırma aparılır.
3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Əzimov saxlanılmışdır
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Əzimov saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini T.Qasımova və qardaşı, Şəki rayon sakini T.Davudov müəyyən edilərək saxlanılmışlar
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini T.Qasımova və qardaşı, Şəki rayon sakini T.Davudov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
İsmayıllı rayon sakini E.Şiralıyevdən tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan İsmayıllı rayon sakini E.Şiralıyevdən “Revolver” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.