Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
29.03.2022
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şirkətlərdən birinin həyətindən 3000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində tikinti avadanlığını oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılmışdır
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki həyətlərin birindən oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakini R.Qasımov saxlanılmışdır
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki həyətlərin birindən elektrik naqili, dəmir boru, su mühərriki, kompressor və ev əşyaları oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılmışdır.
Sabunçu rayonu ərazisində saxlanılan Bakı şəhər sakini R.Hüseynovdan marixuana götürülmüşdür
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Hüseynovdan 484 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Suraxanı rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Balakən rayon sakini R.Abdullayev saxlanılmışdır
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən pul, qızıl-zinət əşyaları, planşet və geyim oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılmışdır.
Salyan rayonunun Kərimbəyli kəndi ərazisindəki evlərdən birinin həyətindən dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kərimbəyli kəndi ərazisindəki evlərdən birinin həyətindən 4000 manat dəyərində dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar O.Hüseynov və R.Səmədov saxlanılmışlar.
Kürdəmir rayonunun Pirili və Sor-Sor kəndlərində dörd nəfərə məxsus ümumilikdə 47 baş qoyun və 8 ev quşunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Pirili və Sor-Sor kəndlərində Q.Əmirova, X.Əhmədova, Ş.Zeynalova və V.Zeynalova məxsus ümumilikdə 47 baş qoyun və 8 ev quşunu oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakinləri R.Ağamalıyev, V.Şıxəliyev və Ağsu rayon sakini B.Bəyalıyev saxlanılmışlar.
Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində “Mercedes” markalı mikroavtobus və “Volvo” markalı yük avtomobili toqquşmuşdur
Martın 29-da saat 11 radələrində Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində Gəncə şəhər sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Şəmkir rayon sakini F.Hüseynovun idarə etdiyi “Volvo” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə V.Həsənovun sərnişinləri Mayıl Nağıyev, Familə Məmmədova və Mirvari Əliyeva hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “Zontes” markalı motosikletlə piyada vurulmuşdur
Martın 29-da saat 23 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Gündüz İmanov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən paytaxt sakini M.Məmmədlini vurmuş və idarəetməni itirərək yolun kənarındakı məhəccərlərə dəymişdir. Nəticədə G.İmanov hadisə yerində ölmüş, sərnişini və piyada xəstəxanaya yerləşdirilmişlər. Nəsimi RPİ-də araşdırma aparılır.
Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb. Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib.Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.