Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunda ötən ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb
06.05.2022
Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən aprel ayı ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxanalar təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır
05.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Tovuz rayonunun Əyyublu kənd sakini 36 yaşlı Bəxtiyar Əkbərovu öldürməkdə şübhəli bilinən T.Hüseynov tutularaq istintaqa təhvil verilmişdir
Tovuz Rayon Polis Şöbəsinə mayın 5-də saat 19 radələrində Əyyublu kənd sakini 36 yaşlı Bəxtiyar Əkbərovun öldürülməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla kənd sakini T.Hüseynovun münaqişə zəminində B.Əkbərova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Oğurluq etdiyinə görə tutulmuş T.Baloğlanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən oğurluq etdiyi də müəyyən olunmuşdur
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Baloğlanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən 13400 manat dəyərində qızıl-zinət əşyaları, 640 manat pul, noutbuk və videokamera oğurlaması da müəyyən olunmuşdur.
Oğurluq törətməkdə şübhəli bilinərək saxlanılmış Bakı şəhər sakini V.Qəniyevin və Gəncə şəhər sakini H.Nəcəfovin törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
Hacıqabul Rayon Polis Şöbəsinə Muğan qəsəbəsindəki mağazaların birindən 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qəniyev və Gəncə şəhər sakini H.Nəcəfov müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı V.Qəniyevdən metamfetamin aşkar edilərək götürülmüşdür.Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə aprelin 15-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindən S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları, V.Qəniyevin isə Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini G.Ağayevanın cibindən 200 manat pul və mobil telefon, bir evdən 1000 manat dəyərində noutbuk və ərzaq məhsulları, digər evdən isə 510 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunmuşdur.
Masallı rayon sakini A.Talıbovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 10 kiloqram 20 qram heroin aşkar edilərək götürülmüşdür
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş A.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 10 kiloqram 20 qram heroin aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini M.Alxazovdan 1 kiloqram 170 qram heroin aşkar edilərək götürülmüşdür
Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini M.Alxazovdan 1 kiloqram 170 qram heroin aşkar edilərək götürülmüşdür.
Kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ləcət kəndində yaşayan R.Abdurzayevin evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 5-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Tahir Süleymanovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Sabunçu RPİ-də araşdırma aparılır.
Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini F.Dostuyevin evinə baxış zamanı oradan yivli tüfəng aşkar edilərək götürülmüşdür
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəyəm Cırdaxan kənd sakini F.Dostuyevin evinə baxış zamanı oradan “TOZ-16” markalı yivli tüfəng aşkar edilərək götürülmüşdür.