Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakini Təbriz Əlizadə müəyyən edilərək saxlanılmışdır
08.05.2022
Yevlax Rayon Polis Şöbəsinə Aran qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus avtomatik suvarma sistemlərinin 102 ədəd çiləyicisi, 2 ədəd tənzimləyicisi, 6 ədəd kontaktoru, 60 metr naqili və 4 ədəd birləşdiricisinin oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Təbriz Əlizadə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini F.Hüseynov saxlanılmışdır
Binəqədi RPİ 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisində bir əcnəbi vətəndaşın 70 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş F.Hüseynov saxlanılmışdır. Araşdırma aparılır.
Ağdaş rayon sakini İ.Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilmişdir
Mayın 8-də saat 16 radələrində Ağdaş rayonunun Maşat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İ.Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilmişdir. O, polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi avtomobildən 120 kiloqram mənşəyi məlum olmayan ət məhsulu aşkar edilmişdir
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 8-də saat 14 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılmışdır. Avtomobilə baxış zamanı oradan 120 kiloqram mənşəyi məlum olmayan ət məhsulu aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən akt tərtib olunmuş və həmin ət məhsulu yoxlanılması üçün Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilmişdir.
Göyçay şəhər sakini Habil Babayevin odlu silahla ehtiyatsız davranmasından açılan atəşdən xəsarət alması müəyyən olunmuşdur
Göyçay Rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur. Araşdırmalarla H.Babayevin dostu, Bakı şəhər sakini İntiqam Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı tüfəngə baxmaq istəyərkən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alması, həmçinin onların sərxoş olmaları müəyyən olunmuşdur.Araşdırma davam etdirilir.
Göyçay şəhər sakini Habil Babayev tüfəngən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət almışdır
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
07.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Ağdam rayonu ərazisində yerləşən qəbristanlıqlarda bir neçə məzarın üzərindən güldanları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılmışlar
Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbristanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılmışlar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbristanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.
Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobili idarə etdiyi avtomobillə vurmuş Masallı rayon sakini F.Mürşüdov saxlanılmışdır
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi yardım göstərilməsi barədə məlumat daxil olmuşdur. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Mürşüdov saxlanılmışdır.Araşdırma aparılır.
Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanı idarə etdiyi avtomobillə vurmuş Abşeron rayon sakini E.Süleymanov saxlanılmışdır
Mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olmuşdur. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.