Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır
08.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Arvadı İlahə İsgəndərovanın öldürülməkdə, qaynanası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Həsənov tutularaq istintaqa təhvil verilmişdir
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olmuşdur. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən Gədəbəy rayon sakini V.İsmayılov və Oğuz rayon sakini A.Salahov müəyyən edilərək saxlanılmışlar
Xızı Rayon Polis Şöbəsinə mayın 7-də saat 23 radələrində Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişininin Quba rayon sakini Ə.Cəlilzadəni bıçaqla hədələyərək 290 manat pulunu talamaları barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini V.İsmayılov və sərnişini, Oğuz rayon sakini A.Salahov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Əlizadə saxlanılmışdır
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində 9 evdən məişət əşyaları, təmir-tikinti alətləri, televizor, su mühərriki, elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əlizadə saxlanılmışdır.
2500 manat dəyərində elektrik naqilinin oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini P.İsmayılov müəyyən edilərək saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Dərnəgül qəsəbəsi ərazisindəki mağazalardan birinin anbarından 2500 manat dəyərində elektrik naqilinin oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş P.İsmayılov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini N.Musazadə, Xırdalan şəhər sakinləri İ.İbrahimov, E.Qədirli və R.Mahmudov saxlanılmışlar
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən televizor, qol saatı, mobil telefon, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini N.Musazadə, Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.İbrahimov, E.Qədirli və R.Mahmudov saxlanılmışlar.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini T.İsmayılzadə avtomobillə birgə saxlanılmışdır
Qax RPŞ-yə mayın 7-də şəhər ərazisindən E.Ağayevə məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılzadə şəhər ərazisində avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Balakən şəhər sakini T.Həsənov müəyyən edilərək saxlanılmışdır
Balakən RPŞ-yə mayın 7-də şəhər ərazisindən Şəki rayon sakini S.Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Balakən şəhər sakini T.Həsənov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Bir baş inəyi oğurlamaqda şübhəli bilinən Biləsuvar rayonunun Bağbanlar kənd sakini A.Heydərov saxlanılmışdır
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mayın 8-nə keçən gecə Bağbanlar kənd sakini X.Səlimovanın həyətindən 1700 manat dəyərində inəyi oğurlamaqda şübhəli bilinən kənd sakini A.Heydərov saxlanılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır.
21000 manat pul oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.Gülməmmədov saxlanılmışdır
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 21000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini E.Gülməmmədov saxlanılmışdır.