Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xaçmaz rayonunun Qaraçı kənd sakini C.Ramazanova məxsus həyətyanı sahədən 21 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
10.05.2022
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçı kənd sakini C.Ramazanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Bərdə şəhər sakini E.Məmmədova məxsus həyətyanı sahədən 21 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
09.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki bir həyətyanı sahədən, bir evdən və bir yarımtikilidən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Talıbov saxlanılmışdır
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsində bir həyətyanı sahədən 2 ədəd avtomobil təkəri, bir evdən televizor, mobil telefon, bir yarımtikilidən isə təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Talıbov saxlanılmışdır. Araşdırma aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus “Yamaha” markalı mopedi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 7-ndə Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus 4500 manat dəyərində “Yamaha” markalı mopedin oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Şəmilov və Şərur rayon sakini E.Babayev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə mayın 7-nə keçən gecə Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarın oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri O.Tağıyev və E.Qasımov saxlanılmışdır. Ətraflarında aparılan tədbirlərlə onların mayın 8-nə keçən gecə qəsəbədəki digər bir evin zirzəmisindən 955 manat dəyərində təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunmuşdur.
Nərimanov rayonunun Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından elektrik məhsullarını oğurlamaqda şübhəli bilinən mağazanın keçmiş işçisi M.Qarayev saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi M.Qarayev saxlanılmışdır.Faktla əlaqədar cinayət işi başlanmışdır.
Xətai rayonunun Gəncə prospektindəki binalardan birinin liftindən 16 ədəd mühərrik dayağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılmışdır
Xətai RPİ-nin 35-ci Polis Bölməsinə mayın 8-də Gəncə prospektindəki binalardan birinin liftindən 1600 manat dəyərində 16 ədəd mühərrik dayağının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Neftçala rayonunun Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girərək ona və iki qonşusuna xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini Q.Müqabilzadə müəyyən edilərək saxlanılmışdır
Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Q.Müqabilzadə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Gədəbəy rayonu ərazisindəki mağazalardan birinin qarşısından avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Samux rayon sakini E.Məmmədov saxlanılmışdır
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazalardan birinin qarşısından 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Məmmədov müəyyən edilərək saxlanılmışdır.