Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunda 35 evdən oğurluq edən və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
11.05.2022
Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 4 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Nurlan Musazadə, İntiqam İbrahimov, Elməddin Qədirli və Ramil Mahmudov saxlanılıblar. Araşdırmalar zamanı dəstə üzvlərinin Abşeron rayonunda müxtəlif vaxtlarda 35 evdən oğurluq etdikləri müəyyən edilib.Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da əməliyyatlar həyata keçirilib.Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul 6 nəfər tutulub. Saxlanılanlardan ikisi Abşeron rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 4 nəfəri isə onlar üçün narkokuryerlik edənlər şəxslər olublar. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Qeyd edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşsrımalar davam etdirilir.
Özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan və onların 213 min manatdan artıq pulunu ələ keçirən şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib. Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Cinayət İşi başlanılıb. Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna edilmir. Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır
10.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində “VAZ-21011” markalı avtomobil aşmışdır
Mayın 10-da saat 13 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Paytaxtın Yasamal rayonu ərazisində S.Əhmədlinin mobil telefonunu, L.Qafarovanın isə çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Y.Lanskix və İ.Məmmədov saxlanılmışlar
Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də və 26-da Yasamal rayonu ərazisində S.Əhmədlinin mobil telefonunu, L.Qafarovanın isə çantasından 92 manat və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Lanskix və Sumqayıt şəhər sakini İ.Məmmədov saxlanılmışlar.
Binəqədi rayonunun Hökməli qəsəbəsindən “Opel” markalı avtomobili qaçırmış Gədəbəy rayon sakini O.Gülməmmədov Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılmışdır
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə mayın 9-da saat 4 radələrində Hökməli qəsəbəsindən R.Misirovun “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Gədəbəy rayon sakini O.Gülməmmədov tərəfindən qaçırılması müəyyən edilmiş və o, Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılmışdır.Araşdırma aparılır.
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Məmmədov müəyyən edilərək saxlanılmışdır
Abşeron Rayon Polis İdarəsinə mayın 5-nə keçən gecə Pirəkəşkül qəsəbəsindən qəsəbə sakini N.Xanlarovun “VAZ-21099” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Məmmədov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Daşkəsən rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Kotusenko saxlanılmışdır
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən 9300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş E.Kotusenko saxlanılmışdır.
Salyan şəhəri ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini P.Məmmədov müəyyən edilərək saxlanılmışdır
Salyan Rayon Polis Şöbəsinə mayın 5-də şəhər ərazisindən A.Baxışovun “Toyota” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini P.Məmmədov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Yevlax rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəhər sakini X.Əhmədov saxlanılmışdır
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 100.000 rubl, 500 ABŞ dolları, 150 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Əhmədov saxlanılmışdır.