Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Nizami rayonunun B.Nuriyev küçəsində yerləşən ofislərin birindən oğurluq etmək və avtomobil qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini F.Qəniyev saxlanılmışdır
11.05.2022
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə B.Nuriyev küçəsində yerləşən ofislərin birindən 300 manat pul, 600 manat dəyərində kameranın yaddaş bloku və açar oğurlanması, həmçinin ofisin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil G.Şıxlinski küçəsində tapılmış, bu əməlləri törətməkdə şübhəli bilinən Neftçala rayon sakini F.Qəniyev müəyyən olunaraq saxlanılmışdır. Araşdırma aparılır.
Psixi xəstəlikdən əziyyət çəkən 19 yaşlı qızın atası tərəfindən dirəyə bağlanması barədə daxil olmuş məlumat əsasında qızın atası E.Bədəlov saxlanılmışdır
Mingəçevir Şəhər Polis Şöbəsinə psixi xəstəlikdən əziyyət çəkən 19 yaşlı qızın şəhər ərazisində yaşadığı evin həyətində dirəyə bağlanması və zirzəmidə saxlanması barədə məlumat daxil olmuşdur. Araşdırmalarla qızın atası E.Bədəlov tərəfindən döyməklə yaşadığı evin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlanmasına, həmçinin evin zirzəmisində saxlanmasına əsaslı şübhələr müəyyən edilmişdir. E.Bədəlov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Goranboy rayonu ərazisindəki bir şadlıq sarayı və bir restorandan oğurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini N.Hüseynov saxlanılmışdır
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 2 ədəd kondisioner, 3 ədəd sərinkeş, 1 ədəd ət çəkən, 1 ədəd su mühərriki və 1 ədəd su qızdırıcısı, digər restorandan isə 2400 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Hüseynov saxlanılmışdır.
Şəmkir rayonunun Qaracəmirli kənd sakini T.Mərdanovdan marixuana aşkar edilmişdir
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Qaracəmirli kənd sakini T.Mərdanovdan 18 qrama yaxın marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun kənd ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 14 ədəd çətənə kolu və 455 qram marixuana da götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini H.Tarverdiyev saxlanılmışdır
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Türkan qəsəbəsindəki 4 evdən ümumilikdə 4100 manat dəyərində 4 ədəd qapı, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Tarverdiyev saxlanılmışdır. Araşdırma aparılır.
Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 11-də saat 23 radələrində Siyəzən şəhəri ərazisində Şabran şəhər sakini Elçin Hacıyevin idarə etdiyi “BMW” və Quba rayon sakini M.Əliyevin idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarət almış E.Hacıyev hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Məmmədov avtomobillə birgə saxlanılmışdır
Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Məmmədov avtomobillə birgə saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda olması müəyyən olunmuşdur. Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bakı şəhər sakini V.Kazımovdan heroin aşkar edilərək götürülmüşdür
Binəqədi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobil saxlanılmışdır. 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış zamanı sürücü, Bakı şəhər sakini V.Kazımovdan heroin aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Şəmkir rayonunun Qaracəmirli kənd sakini E.Qocayevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaracəmirli kənd sakini E.Qocayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülmüşdür.
Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılıb
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 12 nəfər tutulub. Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 8 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar.. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.