Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qəbələ rayon sakini M.Hidayətovdan ov tüfəngi götürülmüşdür
02.06.2022
Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qəbələ rayon sakini M.Hidayətovdan müvafiq sənədləri olan “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.
Kultivasiya yolu ilə yetişdirilmiş 1233 ədəd çətənə kolu və 75 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaracəlli kəndi ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Mahmudzadə və F.Abdiyev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1233 ədəd çətənə kolu və 75 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Şirvan rayonunun Hacıqəhrəmanlı qəsəbə sakini Ə.Abbasovdan qanunsuz saxladığı ov tüfəngi, 9 ədəd patron, habelə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini Ə.Abbasova məxsus istixanaya baxış zamanı oradan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi, 9 ədəd patron, habelə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
İşğaldan azad olunmuş Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində 1 ton 117 kiloqram çəkidə çətənə kolu aşkar edilərək məhv edilmişdir
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad olunmuş Baş Qərvənd kəndi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş 1 ton 117 kiloqram çəkidə 1479 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini O.Abdullayev saxlanılmışdır
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaş M.Arifin çantasından 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılmışdır.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə 46 narkotacir tutulub olardan 101 kiloqram narkotik maddə aşkar edilib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 46 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 101 kiloqram narkotik vasitə və psixotrop maddə, 6604 ədəd psixotrop tərkibli həb, 500 ədəd kultivasiya edilmiş çətənə kolu, həmçinin 3 ədəd müxtəlif markalı tapança, 70 ədəd patron və patron daraqları aşkar edilib. Daxil olmuş məlumat əsasında Xətai, Yasamal və Yardımlı rayonlarında keçirilən əməliyyatlar zamanı Ramin Mirzəyev, Məhəmməd Zərbəlizadə, Ülvü Bağırlı və Əmrah Süleymanlı tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 67 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 33 kiloqram heroin, 12 kiloqram metamfetamin, 12 kiloqram tiryək, 10 kiloqram marixuana, elektron tərəzilər və narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri aşkar edilib. Məhəmməd Zərbəlizadədən əlavə olaraq 1 ədəd tapança və patron darağı da aşkar olunaraq götürülüb.Paytaxtın Nizami və Səbail rayonlarında keçirilən əməliyyatlar zamanı isə silahlı narkotacirlər - Fərid Abbaszadə , Təbriz Rahmanov və qardaşı Pərviz Rahmanov tutulublar. Onlardan 10 kiloqram müxtəlif xassəli narkotik vasitə, 2 ədəd tapança, patonlar, 4 ədəd qaz balonu və narkotiklərin satışından əldə olunan 24 min manat pul aşkar olunaraq götürülüb. Adları çəkilən 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, milli genefondumuzu məhv etmək üçün əsasən gəncləri narkokuryerliyə cəlb etmək olub. Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 39 nəfər saxlanılıb. Onlardan 24 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar və xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır
01.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Kürdəmir rayonunun Topalhəsənli kəndi ərazisində “KamAZ” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
İyunun 1-də saat 22 radələrində Kürdəmir rayonunun Topalhəsənli kəndi ərazisində Şəki rayon sakini F.İsmayılovun idarə etdiyi “KamAZ” və Ağsu rayon sakini Elman Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Əşrəfov və sərnişini Niyaməddin Ağayev hadisə yerində ölmüş, həyat yoldaşı F.Əşrəfova isə xəstəxanaya yerləşdirilmişdir. Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərindən birinin həyətindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Bayramov saxlanılmışdır
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərindən birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Bayramov saxlanılmışdır.Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində bir avtomobildən 1000 manat dəyərində maqnitofon, monitor, 4 ədəd səsgücləndirici və akkumulyator, bir kafedən isə 3000 manat dəyərində səsgücləndirici və ərzaq məhsulları oğurlaması da müəyyən olunmuşdur.
Sabunçu rayonunun Maştağa qəsəbə sakini R.Quliyevin həyətyanı sahəsindən çətənə kolları aşkar edilərək götürülmüşdür
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini R.Quliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.