Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonu ərazisində Göyçay şəhər sakini Ə.Nağıyevin idarə etdiyi avtomobildən 173 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
29.04.2022
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Nağıyevin idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı oradan ona və qardaşına məxsus kultivasiya yolu ilə yetişdirilmiş 173 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Kürdəmir şəhəri ərazisindəki çay evindən silah-sursat aşkar edilərək götürülmüşdür
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində R.İslamova məxsus çay evinə baxış zamanı oradan 1 ədəd idman tapançası, 1 ədəd revolver tipli tapança, 1 ədəd gırma darağı və 16 ədəd qırma aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Xırdalan şəhəri ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindən şəhər sakini N.Səmədovun “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov və Qubadlı rayon sakini T.Məmmədov saxlanılmışlar. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Məmmədli müəyyən edilərək saxlanılmışdır
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində marşrut avtobusunda Bakı şəhər sakini S.Qasımovanın çantasından 100 manat pulunu, bir həyətyanı sahədən su nasosu, bir avtomobildən akkumulyator, digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Məmmədli müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Nizami rayonunun Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə aprelin 25-nə keçən gecə Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən noutbuk, printer, modem və 2 ədəd gərginlik doldurucusunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Vəlizadə, Sumqayıt şəhər sakini H.Həziyev və Abşeron rayon sakini S.Şıxıyev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən R.Dadaşov müəyyən edilərək saxlanılmışdır
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Q.Qarayev prospektində yerləşən marketlərin birindən 490 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Tovuz rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılmışdır
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 22.000 manat pul və 5600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Samux rayon sakini V.Kərimov saxlanılmışdır. Araşdırma aparılır.
Tovuz şəhər sakini X.Qurbanovun avtomobilindən pnevmatik tapança aşkar edilərək götürülmüşdür
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini X.Qurbanovun idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı oradan pnevmatik tapança aşkar edilərək götürülmüşdür.
Xaçmaz şəhər sakini K.Balaqadaşovun evindən heroin, şprislər və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini K.Balaqadaşovun yaşadığı evə baxış zamanı oradan 830 qrama yaxın heroin, 8 ədəd şpris və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.